Son xəbərlər
14 İYUN
13 İYUN
12 İYUN
MEDİA

İTV-də böhran: Qasımov bacaracaqmı? – Ekspert rəyi

<b>İTV-də böhran: Qasımov bacaracaqmı? – Ekspert rəyi</b>

Balakişi Qasımovun İTV rəhbərliyinə gətirilməsi müsbət hadisədir

Kult.az xəbər verir ki, bunu media eksperti, professor Qulu Məhərrəmli İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə yeni seçilən Balakişi Qasımov haqda danışarkən deyib. O, yeni baş direktorun İTV-nin inkişafında mühüm rol oynaya biləcəyini söyləyib:
“Çto, qde, koqda”, “Breyn rinq” və s. baxımlı layihələrin ekrana daşıyıcısı kimi tanınmış B.Qasımov intellektual, işgüzar və bacarıqlıdır. Adətən, prodakşn studiyalarında belə ciddi layihələri reallaşdıran insanlar televiziya istehsalını və komanda işini yaxşı mənimsəyir, adamları yaxşı tanıyır, geniş əlaqələri olur, özlərini diqqətli menecer, rəhbər və gözəl prodüser kimi ifadə edə bilirlər. B.Qasımov bəlli sferada bu peşəkar keyfiyyətlərə yiyələnmiş şəxs kimi qəbul edilir.
Biz də məhz bu gərəkli keyfiyyətlərinə görə B.Qasımovun İTV-ni düçar olduğu yaradıcılıq böhranından çıxara biləcəyinə ümid edirik. Təbii ki, oradakı ciddi problemlərin yeni rəhbər üçün ciddi maneə olduğunu da nəzərə almalıyıq. Azərbaycan cəmiyyətinin irəliləyə bilməsi üçün savadlı, ləyaqətli və peşəkar adamların çalışdığı, dürüst, maarifləndirici və plüralist televiziyaya ehtiyacı var. Uğurlar arzulayırıq!”
Qeyd edək ki, iyun ayının 1-i İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası tərəfindən Qasımov Balakişi Ələkbər oğlu 4 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib.
O, İTV-nin baş direktoru seçilənə qədər Gametv.az prodüser mərkəzinin rəhbəri vəzifəsində çalışıb. Eyni zamanda, Azərbaycan Televiziyasında yayımlanan beynəlxalq lisenziyalı “Əlaçı” (“Brainist”), “61!” (“Jeopardy!”), “Breyn-rinq”, “Kim? Harda? Nə vaxt?” verilişlərinin baş prodüseri və rejissoru olub.
Beynəlxalq “Kim? Harda? Nə vaxt?” klubları assosiasiyası tərəfindən 2010-cu ildə İlin Adamı seçilib. 2010-cu ilin yekunlarına əsasən, “Büllur bayquş”, “Brilyant bayquş”, “Klubun ən yaxşı kapitanı” mükafatlarına layiq görülüb.
2017-ci ildə “Kim? Harda? Nə vaxt?” hərəkatının inkişafına verdiyi töhfələrə görə “Vladimir Voroşilov mükafatı”nın laureatı olub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv