Son xəbərlər
14 İYUN
13 İYUN
12 İYUN
SİYASƏT

“Azərbaycan Aİ-nin dəstəyinə layiqdir”

<font color=red><b>“Azərbaycan Aİ-nin dəstəyinə layiqdir”</b></font>

Yan Zahradil: “Qərb, o cümlədən Aİ Azərbaycanın dünyada islam ölkəsi kimi müsbət nümunə statusunu qorumalıdır”

"Azərbaycanın strateji, lakin hələ də qeyri-stabil geosiyasi mövqeyi və vəziyyəti elədir ki, bu ölkə xüsusilə Rusiya və İranla artan gərginliyin fonunda Avropa İttifaqının dəstəyinə layiqdir".
Bu barədə Avropa Parlamentinin Beynəlxalq ticarət komitəsinin sədr müavini, Avropa Mühafizəkarlar və İslahatçılar Partiyasının prezidenti Yan Zahradilin “Euractiv” nəşrində dərc olunan yazısında deyilir.
Yazıda bildirilir ki, Aİ - Azərbaycan əlaqələrindəki son soyuqluq kiçik Asiya ölkəsinə potensial stabil və etibarlı tərəfdaş kimi laqeyd yanaşılmasına səbəb olub, lakin bu dövr artıq geridə qalıb.
Bir müddət öncə baş verən hadisələr Azərbaycanla münasibətlərion inkişafı istiqamətində irəliləyişlərin baş verdiyini göstərir: “Bu ilin fevralında Bakıda Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının iclası keçirildi, may ayında Aİ-Azərbaycan parlamentlərarası əməkdaşlıq komitəsinin olduqca məhsuldar və pozitiv toplantısı baş tutdu. İndi isə Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı Azərbaycanın paytaxtında tanınmış məruzəçilərin və Avropa partiyalarının iştirakı ilə genişmiqyaslı beynəlxalq konfrans təşkil edir. Konfransda diqqət rabitə, infrastruktur və energetika sahəsindəki problemlərə yönləndiriləcək.
Bu hadisənin Azərbaycan Demokratik Respublikasının 100 illiyinin qeyd olunduğu tarixdən bir neçə gün sonra baş verməsi olduqca maraqlıdır və ola bilsin ki, rəmzi xarakter daşıyır. Azərbaycan Demokratik Respublikası müsəlman aləmində ilk həqiqi parlıament demokratiyasına malik olub. Respublika bolşevik Rusiyasının onu süquta uğratması səbəbindən cəmi iki il ömür sürsə də onun izləri ölkənin müasir tarixində əvəzolunmaz rol oynayıb”.
Yan Zahradil öz məqaləsində Azərbaycanın geosiyasi mövqeyinin çox həssas olduğunu bildirir: “Azərbaycanın Rusiya ilə əlaqələri Rusiyanın keçmiş ərazilərində nüfuzun artırmaq kimi təcavüzkar davranışlarına görə gərginləşib. Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri gücləndirməyə dair istənilən addımı Rusiya tərəfindən milli maraqlarına təhlükə kimi qiymətləndirilir. Rusiyanın “güclü əli” regionda hələ də güclüdür. Məsələn, hər kəsə məlumdur ki, uzanan Dağlıq Qarabağ münaqişəsinin həlli geniş mənada Rusiyanın əlindədir. Azərbaycan nə qədər çox müstəqil xarici siyasət yürütdükcə, bu, Rusiyanı daha çox qıcıqlandırır. Çin tərəfindən icra edilən “Bir kəmər, bir yol” təşəbbüsündə Rusiya olmadan Azərbaycanın iştirakı, Aİ və ABŞ ilə birbaşa enerji əlaqələri və NATO-nun bəzi əməliyyatlarında qismən iştirak Rusiya üçün qəbuledilməzdir. Azərbaycanı Avropa İttifaqının maraqları çərçivəsindən uzaqlaşdırmaqla bu balaca ölkənin geosiyasi reallıqlarını yanlış anlamaq və Rusiyanın növbəti qələbəsini qeyd etmək olar”.
Yan Zahradil bildirib ki, İranla münasibətlər də elə asan deyil: “Hazırda İranda 30 milyon etnik azərbaycanlı yaşayır. Lakin onlar öz dillərini istifadə etmək kimi əsas insan haqlarından məhrum edilib. Azərbaycanın İrana qarşı siyasəti tamamilə neytraldır. İran hesab edir ki, Azərbaycanın daha çox ənənəvi islam həyatını qəbul etməsi üçün bu ölkəyə təsir etməlidir. Bu isə ölkənin modern tarixinə ziddir. Qərb, o cümlədən Aİ Azərbaycanın dünyada islam ölkəsi kimi müsbət nümunə statusunu qorumalıdır”.
Avropalı parlamentar qeyd edib ki, Azərbaycan və xüsusilə Bakı beynəlxalq nəqliyyat, turizm mərkəzinə çevrilir: “Geosiyasi cəhətdən vacib CQD layihəsi xüsusilə Mərkəzi və Şərqi Avropanın enerji diversifikasiyasını təmin edəcək. Etibarlı və stabil tərəfdaş kimi Azərbaycanın strateji geosiyasi əhəmiyyətini Aİ dana bilməz. Buna diqqət və dəstək göstərmək lazımdır”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv