Son xəbərlər
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
15 OKTYABR
SİYASƏT

Radıkal müxalifət və 5-ci kolonun qrant savaşı

<font color=red><b>Radıkal müxalifət və 5-ci kolonun qrant savaşı</b></font>

9 may 2018-ci ildə Helsinki komissiyası tərəfindən ABŞ konqresində Azərbaycanla bağlı dinləmələr keçirilib. Burada çıxış edən Emin Milli Əli Kərimli və onun timsalında radikal müxalifət haqqında tənqidi fikirlər işlədib

Emin Millinin radikal mexalifətin və onun satellit QHT-lərinin “haqqını” və ayrılan qrantları təkbaşına mənimsəmək cəhdi digər “qrantyeyənlərin” ciddi qəzəbinə səbəb olub.
Tərəflər arasında sosial şəbəkələrdə qrant uğrunda mübarizə özünü aşkar şəkildə biruzə verir, hətta təhqiramiz şəkil alıb.
ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı ilə Xədicə İsmayılın bir-birilərinə qarşılıqlı ittihamları diqqəti çəkir. Xədicə İsmayıl Sevinc Osmanqızını “Meydan TV”-nin direktoru olmaq üçün mübarizə apardığını və buna görə oradan qovulduğunu və Rəsul Quliyevin vəsaiti ilə proqram hazırlamaq istədiyini bildirib. Sevinc isə öz növbəsində Xədicəni xəstə adlandırıb. (1, 1-1)

Natiq Adilov Emin Millini saxtakarlıqda və qrant üçün fəaliyyət göstərməkdə ittiham edib, eyni zamanda müxalifəti fəaliyyətsizlikdə gönahlandıran vəkil Aslan İsmayılov haqqında da tənqidi status yazıb. O, Aslan İsmayılovun səmimi olmadığını, sadəcə maşa rolu oynadığını qeyd edib. Natiq Adilov hesab edir ki, Aslan İsmayılov sadəcə olaraq sifarişlə işləyən müqəvvadır. (2-1, 2-2, 2-3)

Cəmil Həsənli də “Meydan TV”-nin aldığı qrantları doğrultmadığnı yazıb. Görünür, “Meydan TV”-yə ayrılan iri həcmli qrantlar Cəmil Həsənlini ciddi narahat edir. Belə aydın olur ki, bütün müxalifət düşərgəsində qrant uğrunda amansız mübarizə gedir. (3)

Kamil Vəli Nərimanoğlu isə Emin Millini Emin Zilli adlandırır, hətta onun haqqında eşşək ifadəsini işlədib (4).

Gördündüyü kimi Azərbaycan xalqına ağıl dərsi keçməyə çalışan, meydana, mitinqlərə səsləyən müxalifət başçıları, fəalları və “5-ci kolon” ulduzları qənimət üçün bir-birilərini təhqir etməkdən belə çəkinmirlər.
Qrant uğrinda bir-birinə qənim kəsilən bu insanların daha şirnikdirici təkliflər qarşısında gözlərini qırpmadan öz vətənlərini, dövlətlərini satacaqları şəksizdir.


photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv