Son xəbərlər
24 MAY
23 MAY
22 MAY
TÜRK DÜNYASI

Ərdoğan kraliçaya heyran qaldı: Dəhşət yaddaşı var

<b>Ərdoğan kraliçaya heyran qaldı: Dəhşət yaddaşı var</b>

Kraliça II Yelizavetanın 92 yaşı olmasına baxmayaraq, dəhşət yaddaşı var. Hafizəsi o yaşa görə kifayət qədər yaxşıdır

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Londonda Böyük Britaniya kraliçası II Yelizaveta ilə görüşü barədə danışarkən deyib.
“Abdullah bəyin prezident, mənim baş nazir olduğum dönəmdə kraliça Türkiyəni ziyarət etmişdi. O ziyarəti, ziyarət əsnasındakı görüşümüzü bütün detallarına qədər xatırlayır. Bundan əlavə, bu ziyarətdəki təmaslarım haqqında da təfsilatlı şəkildə informasiya sahibi olduğunu gördüm. Mövzuları çox yaxşı mənimsədiyini, hər şeyi aydın bir şəkildə anlatdığını müşahidə etdim”, - Ərdoğan bildirib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kraliça II Yelizaveta ilə Böyük Britaniyaya 3 günlük səfəri zamanı görüşüb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv