Son xəbərlər
24 MAY
23 MAY
22 MAY
DÜNYA

MOSSAD: İranda rejimi dəyişə bilərik

<b>MOSSAD: İranda rejimi dəyişə bilərik</b>

Səudiyyə Ərəbistanı, İsrail və ABŞ İrandakı rejim dəyişikliyinə gizli şəkildə dəstək verə bilər

Bunu “Yerusəlim Post” qəzetinə müsahibəsində İsrail xarici kəşfiyyat idarəsi olan MOSSAD-ın keçmiş rəhbər şəxslərindən Hayem Tamer deyib.
“Böyük problem raketlərə sahib olan İran deyil. Problem Xomeyni ideyalarına sadiq olan islam ölkəsinin İsraili yox etmə hədəfi və kütləvi qırğın silahlarına sahib olmasıdır. Biz İran nüvə silahlarıyla qarşı-qarşıya qala bilərik.
Əgər bütün tərəflər lazımlı strategiyanın bir hissəsi olaraq iş birliyinə getsələr, İsrail İrandakı rejim dəyişikliyini gizli şəkildə asanlaşdıra, Ər-Riyad bunu maliyyələşdə, ABŞ isə fərqli cəbhələrdə dəstəkləyə bilər. Savaş başlasa, İran bütün raketlərini Təl-Əviv və Hayfaya atacaq. Tehran Hizbullahın gündəlik 300-400 raket atmasına imkan yaradacaq gücə sahibdir. İranın İsrailə qarşı çox çətin bir cəbhə yaratma potensialı var. Əgər genişmiqyaslı savaş olsa, biz bütün silahlarımızı sürətli şəkildə istifadə edə bilmərik. Ən önəmli olan İsrailin İranın raket hücumunun hədəfi olacağı halda Təl-Əvivin hansı bölgələrini hədəf alacağını Tehranın açıq şəkildə deməsidir”, – deyə o bildirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv