Son xəbərlər
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
HADİSƏ

Respublika fənn olimpiadaları qalibləri mükafatlandırılıb

<font color=red><b>Respublika fənn olimpiadaları qalibləri mükafatlandırılıb</b></font>

Nazir: "33 mindən çox şagirdin iştirak etdiyi Respublika fənn olimpiadaları artıq adi yarış deyil, elm və bilik hərəkatıdır"
Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Tədbirdə təhsil naziri Ceyhun Bayramov, deputatlar , bir sıra dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, münsiflər heyətinin sədrləri və üzvləri, olimpiada qalibləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir məktəblilərin ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra isə söz Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayevə verilib. E. Əmrullayev Respublika fənn olimpiadalarının nəticələrinin analitik təhlili ilə bağlı təqdimatla çıxış edib. Bildirib ki, olimpiadanın nəticələrinə görə 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc olmaqla, 276 nəfər, ümumilikdə isə Naxçıvan daxil olmaqla 298 nəfər qalib elan olunub:
"Düşünürəm ki, bu gün bizim fəaliyyətimizdə ən vacib günlərdəndir. Gənclərimizi təbrik edirəm. Respublika fənn olimpiadalarının qalibi olmaq hər min şagirddən biri olmaq deməkdir. Hər il göstəricilərin yaxşılaşması sevindirici haldır. İnanıram ki, gələn il burada oturan şagirdlər daha yaxşı nəticə toplayacaqlar. Elan olunmuş qeyri-rəsmi neticələrə görə bu il də şagirdlərimizdən biri artıq 700 balı toplayıb. Ötən il də 700 bal yığan şagirdlər bizim qalib şagirdlərdən olub.
Qaliblərimizin əksəriyyəti tibb universitetini seçir. İxtisaslar isə çox dəyişməyib. Yenə də müalicə işi, hüquqşünaslıq öndədir. Eyni zamanda informasiya texnologiyalarına da maraq artıb. Beynəlxalq olimpiadalara gəlincə isə deyim ki, Azərbaycanın ötən ilki nəticəsi 110 ölkə arasında 42-ci yerdir. İldən ilə bu göstərici də yaxşılaşır. Beynəlxalq olimpiadanın qalibi olmaq böyük işdir. Qızıl medal almaq dünyada əsasən 20-30 şagirdin arasına düşməkdir. Sevindirici haldır ki, Azərbaycanın bayrağı hər il qalib dövlətlərin bayraqları arasında dalğalanır. Bu il Respublika fənn olimpiadasına regionlarımız da aktiv şəkildə qoşulublar. Onlar arasında da qaliblər var".
Daha sonra isə söz təhsil naziri Ceyhun Bayramova verilib.
Olimpiada qaliblərini təbrik edən təhsil naziri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu tədris ilinin əvvəlində Bakı şəhəri 20 nömrəli məktəb-liseyin açılışında etdiyi çıxış zamanı olimpiada nəticələrini xüsusi vurğulaması, bu nəticələri təhsilin keyfiyyətinin vacib amili kimi qeyd etməsi müvafiq sahənin ölkə rəhbərliyi üçün prioritet istiqamət olduğunun bariz göstəricisidir.
Təhsil naziri 33 mindən çox şagirdin iştirak etdiyi Respublika fənn olimpiadalarının artıq adi yarış deyil, elm və bilik hərəkatına çevrildiyini vurğulayıb. Nazir qeyd edib ki, bu il Respublika fənn olimpiadalarında əldə edilən 298 medalın 157-si Bakı, 141-i isə digər bölgələrin payına düşür. Ümumilikdə, Azərbaycanın 50 müxtəlif bölgəsində təhsil alan şagirdlər olimpiadanın qalibləri sırasına düşüb.
Beynəlxalq olimpiadalarda nəticələrin ildən-ilə yaxşılaşdığını və qısa müddətdə böyük nailiyyətlərin əldə edildiyini vurğulayan təhsil naziri bildirib ki, Azərbaycan məktəbliləri 1994-cü ildən beynəlxalq olimpiadalarda 314 medal qazanıb. Son 5 il ərzində isə məktəblilər 3 qızıl, 21 gümüş və 85 bürünc medal olmaqla ümumilikdə 109 medal qazanıblar ki, bu da müstəqillik dövründə qazanılmış bütün medalların təxminən 3 faizi edir.
Olimpiada qalibləri ilə bağlı yeni təşəbbüsün olduğunu diqqətə çatdıran Ceyhun Bayramov bildirib ki, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, Respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair qanunvericilikdə müvafiq dəyişiklik təklifi Təhsil Nazirliyi tərəfindən aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir. Bölgələrdə biz aşağı siniflər üzrə qalib olanları Bakıda liseylərdə təhsil almaları üçün şərait yaradırıq. Hal-hazırda ölkənin müxtəlif bölgələrindən olan 400-ə yaxın şagird Bakı şəhərində müxtəlif liseylərə yerləşdirilib. Onlar üçün yüksək şərait yaradılıb.
Tədbirdə Respublika fənn olimpiadaları iştirakçılarının fikirlərinin və vaxtilə olimpiadalarda iştirak edən, hazırda dünyanın müxtəlif ölkələrində elmi fəaliyyətlə məşğul olan həmyerlilərimizin təbriklərinin yer aldığı videoçarx nümayiş olunub.
Tədbirin sonunda olimpiada qaliblərinə mükafatlar təqdim edlib.
Qeyd olunub ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.
Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilib. Bu mötəbər yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərindən də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirən şagirdlər olub.

Əli Rais,
Fotolar: Elçin Əkbərov
Müsavat.com


photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv