Son xəbərlər
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
SOSİAL

Yol açıldı: 22 marşrutun istiqaməti dəyişdirildi

<b>Yol açıldı: 22 marşrutun istiqaməti dəyişdirildi</b>

22 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib

Bak Nəqliyyat Agentliyindən Axar.az-a verilən məlumata görə, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağının istifadəyə verilməsi ilə əlaqədar “Koroğlu” Nəqliyyatın Mübadilə Mərkəzi ilə ətraf kənd və qəsəbələri əlaqələndirən 22 marşrut xətti üzrə (24, 62, 93, 101, 107, 131, 136, 139, 148, 150, 160, 163, 166, 171, 172, 173, 187, 189, 198, 204, 216, 217) avtobusların hərəkət sxemində dəyişiklik edilib.
“Koroğlu” Nəqliyyatın Mübadilə Mərkəzindən çıxan avtobuslar artıq Ziya Bünyadov prospekti və Böyük Şor qovşağına daxil olmadan yoluna davam edəcək. Dəyişiklik sayəsində ətraf kənd və qəsəbələrə gedən avtobusların artıq məsafə qət etməsinin qarşısı alınır ki, bu da sərnişinlərin mənzil başına daha tez çatması və digər nəqliyyat vasitələrinin hərəkətinin intensivliyinin artması baxımından əhəmiyyətlidir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv