Son xəbərlər
24 MAY
23 MAY
22 MAY
QHT XƏBƏR

İnsan kapital üzərində brendləşməyə xidmət edən layihə həyata keçiriləcək

<b>İnsan kapital üzərində brendləşməyə xidmət edən layihə həyata keçiriləcək</b>

İnsan kapitalı üzərində brendləşməyə xidmət edən “Azərbaycan brendi” (Brand of Azerbaijan) layihəsi həyata keçiriləcək

Layihə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, katibi Nərgiz Xələf və Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə tərəfindən könüllü olaraq icra ediləcək.
Devizi “Azərbaycanın brendi onun insanıdır” (The Brand of Azerbaijan is a human) olan layihənin məqsədi insan kapitalı faktorunu önə çəkmək, müxtəlif sahələrdə uğur əldə edib dünyaya səs salan azərbaycanlıları yerli və xarici ictimaiyyətin nəzərinə çatdırmaqdır.
İcraçıların verdikləri məlumata görə, “Azərbaycan brendi” layihəsi yerli və xarici auditoriyaya hədəflidir: “Xarici auditoriyanı hədəf tutmaqda məqsəd Azərbaycanın fərqli tərzli yanaşmasını onların nəzərinə çatdırmaqdır. Bəzi gənclərin şablon düşünmə sterotipini qırmağa söykənən layihə, gələcək planlarını xaricdə təhsil almağa yaxud, yaşamağa yönəlik quran gənclərimizin də dünya görüşünə təsirsiz ötməyəcək. Azərbaycan gənci hər zaman olduğu kimi, fərqli düşünüb peşəkar fəaliyyəti ilə nəinki özünə, həmçinin Vətəninə və ümumiyyətlə, dünyaya töhfə verməyi bacarmalıdır. Bildiyimiz kimi, müxtəlif dünya ölkələri müəyyən əşyavi istehsal brendi ilə qürrələnir. Azərbaycanın isə brendi onun insan kapitalıdır”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv