Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
MƏDƏNİYYƏT

“Nizami”də 16+ Azərbaycan filmi – Foto/Video

<b>“Nizami”də 16+ Azərbaycan filmi – Foto/Video</b>

Dünən Nizami Kino Mərkəzində Ramil Ağasıyevin “Arzuların ardınca” adlı tammetrajlı bədii filminin təqdimatı olub

Axar.az xəbər verir ki, qala gecəsində çıxış edən rejissor R.Ağasıyev filmlə bağlı təəssüratlarını bölüşərək çox həyəcanlı olduğunu bildirib:
“Çox həyəcanlıyam. Demək olar ki, sizə övladımı təqdim edəcəm. Heyətimiz kiçikdir. Bir ildir ki, film üzərində çalışırıq. Çox çətinliklərlə rastlaşsaq da, filmimizi ərsəyə gətirdik. Bizə, yaradıcı heyətə dəstək olan hər kəsə, eyni zamanda Tahir və Cabir İmanov qardaşlarına təşəkkürümü bildirirəm”.
Filmin qala gecəsində yaradıcı və aktyor heyəti ilə KVN-çilər Tahir və Cabir İmanov qardaşları, aparıcılar Amil Hacıyev, Gündüz Ağayev, Sənan Əlləz, müğənni Zamiq, Sevda Yəhyayeva, rejissor Cavid Təvəkkül kimi məşhur simalar da iştirak edib.
Xatırladaq ki, melodram janrında olan “Arzuların ardınca” filminin ssenari müəllifi Mehman Rəsulov, operatoru Şahmar Səfəroğlu, quruluşçu rəssamı Elgün Vəliyev, ikinci rejissor və prodüser Asif Rəhimov, texniki direktoru Nicat Zeynallıdır.
Yataq səhnələri olduğu üçün film 16 yaşdan yuxarı kateqoriya üçün nəzərdə tutulub. Yataq səhnələrində isə dublyorlar çəkilib. Melodram janrında çəkilən film arzularının ardınca gedən iki xəstə adamdan bəhs edir. Baş rolları Ziya Ağa və Zarina Qurbanova oynayır. Filmdə eyni zamanda Rasim Cəfər, xalq artisti Vaqif Əsədov, bloqçu Aynur Hüseynova da çəkilib. Film bu gündən etibarən Nizami Kino Mərkəzində nümayiş olunmağa başlanacaq.
Bir müddət əvvəl “Arzuların ardınca” adlı filmi əsasında Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadə görkəmli bəstəkar Səid Rüstəmovun “Getmə, getmə” mahnısına çəkilən klipi təqdim etmişdi. Mahnının müasir formada aranjemanı Muxtar Abseynova məxsusdur.



photoslide_title photoslide_title







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv