Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
HADİSƏ

Mircəfər Bağırov niyə özünü qatil adlandırıb?

<font color=red><b>Mircəfər Bağırov niyə özünü qatil adlandırıb?</b></font>

Azərbaycanlı general Mircəfər Bağırova niyə yalan deyib?

Həyat müəmmalarla doludur. İnsan ölümdən xilas olmaq üçün son şansından istifadə edir. Bu şansın ona nələr vəd verdiyini bilmədən bəzən ən acı yalandan da istifadə edir. Sağ qalmaq repressiya maşınından xilas olmaq hər kəsə nəsib olmurdu.
Keçən əsrin əvvələrində Azərbaycanda yüksək vəzifə tutan insanlar,sözsüz Stalin xofu ilə yaşayırdılar. Erməni və bolşevik daşnaklar Azərbaycanın savadlı,ziyalı insanlarını heç bir səbəb göstərmədən güllələyirdilər. Bunun bir neçə səbəbi var idi,erməni daşnakları savadlı Azərbaycanlı ziyalılarının və hərbçilərinin onların həyata keçirmək istədikləri işğal planına zərər vurudular. Bu səbəbdən ermənilər o dövrdə yüksək vəzifə tutan insanları ləkələməklə sıradan çıxardırdılar. Elə söz açacağımız ziyalı,vətənpərvər eloğlumuz uzun illər daxili işlər orqanlarında calışan general-polkovnik Bəşir İmanovda bir neçə dəfə bu repressiya maşınının caynağından qurtulmağı bacarıb.
Bəşir İmanov 1914-cü ildə Qarabağın ən böyük rayonlarından biri olan Füzuli rayonunda dünyaya gəlib.Kiçik yaşlarından həyatın bütün cətinliklərə sinə gərən Bəşir İmanov erməni daşnaklarının Qarabağda apardığı amansız soyqırımın da şahidi olub. Hələ keçən əsrin əvvələrində Qarabağa sahib çıxmaq istəyən ermənilər müxtəlif yollarla bu əraziyə ermənilərin yerləşdirilməsinə calışırdılar. Bəşir İmanov böyük bir nəslin övladı idi. Bu nəslin igid oğulları da Qarabağda erməni daşnak ordularına qarşı savaşda iştirak edirdilər. Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra bolşevik-daşnaklar ziyalılar və cəsur insanlara qarşı repressiyaya başladılar. Bu repressiya maşının carmığı altına minlərlə insan düşdü. Füzulidə də repressiya maşınını işə salan erməni-daşnaklar və bolşeviklər,bir çox ziyalıları və varlı insanları qolçomaq adı ilə sürgünə göndərir və yaxud sorğu-sualsız güllələyirdilər.
Bəşir İmanovun bir neçə yaxın qohumu da bu repressiyanın qurbanı oldu. Hərbçi olmaq istəyən Bəşir İmanov valideynlərinin təkidi ilə yerləşən 1929-cu ildə doğulduğu rayonda yerləşən Pedaqoji məktəbə daxil olur.1931-ci ildə Pedaqoji məktəbi əla qiymətlərlə başa vuraraq, təyinatla Horadiz orta məktəbində müəllimlik fəaliyyətinə başlayır.
Bəşir İmanov 1943-cü ildə Bakıda Dəmiryol Texnikumunu bitirdikdən sonra Hacılı stansiyasında usta vəzifəsində işləməyə başalayır. Sonra təhsilini davam etdirmək üçün Tbilisi şəhərində Dəmiryol İnstitutuna daxil olur və institutu bitirdikdən sonra, Ələt-Naxçıvan dəmiryolu hissəsində rəis müavini təyin edilir.
Bəşir İmanov haqqında yuxarılara imzasız məktub göndərənlər onun həbs edilməsinə nail olmaq istəyirdilər. Belə məktubların çoxluğu onun Mircəfər Bağırovun qəbuluna cağrılması ilə nəticələnir. Bəşir İmanovun nəvəsi Leyla Nəsirovanın sözlərinə görə babası sağlığında bu qəbul haqqında belə deyirmiş:”Mircəfər Bağırovun qəbuluna getdim. Mənə o zaman Füzilinin ən tanınmış inqılabçıları haqqında sual verdi. Daha sonra, Bağırov məndən soruşdu ki,mənim orda bir dostum var idi o niyə ölüb.Məndə dedim Yoldaş Bağırov o, öz əcəli ilə ölüb. Bağırov gülümsəyərək dedi ki,get İmanov sən düz yoldasan.. Mən bilirdim ki,həmin inqilabçıları Bağırov asdırıb. Əgər mən onların öldürüldüyünü desəydim,mən də elə Bağırovun qəbulundan cıxan kimi həbs ediləcəydim”.
Leyla Nəsirovanın sözlərinə görə babası Mircəfər Bağırovun məhkəməsində iştirak edib. Bu məhkəmə prosesində Bağırov son sözündə belə deyib:”Mən Azərbaycan xalqının düşməniyəm.Mən öz xalqıma düşmən kəsildim,”
1948-ci ildən isə Bəşir İmanov polis orqanlarında calışmağa başlayır. 1960-cı ildə Azərbaycan Dəmiryol İdarəsinin Milis İdarəsinin rəisi vəzifəsinə təyin edilir.
Bəşir İmanovun yüksək vəzivəyə təyin edilməsi bir çoxlarının qısqanclığına səbəb olur. Peşəkar bir zabitin yüksəlməsini istəməyən erməni daşnak ünsürləri yenidən onu ləkələmək üçün hərəkətə keçirlər. Onun haqqında Kremlə ard-arda yazılan anonim məktublar sonunda gənc general Moskvaya dəvət edilir. Onun Kremlə cağrılması gənc generalın sonu demək idi. Moskvaya gedən Bəşir İmanovun üzünə bu dəfə taleyi gülür.O 1967-ci ildə ümumilli lider Heydər Əliyevlə məhz Moskvada görüşür. Heydər Əliyev Bəşir İmanovun Moskvaya cağrılmasının səbəblərini bildikdən sonra ona böyük köməklik göstərir. Məhz Ulu öndər Heydər Əliyevin köməkliyi ilə Bəşir İmanov Moskvadan heç bir töhmət almadan geri dönür. Bu görüş Bəşir İmanovla ulu öndərin dostluğunun əsasını qoyur.
Polis orqanlarındakı yüksək xidməti ilə hər kəsin hörmətini qazanan Bəşir İmanov həmdə gənclərin hərbi xidmətə hazırlanmasına öz töhvəsini verirdi. Bəşir İmanovun təkidi və köməkliyi ilə bir çox gənclərimiz o dövrdə azərbaycanlılar üçün əlçatmaz olan Ali hərbi məktəblərə göndərilir. 1967-ci ilin sonlarında Moskvada 6 aylıq kursu müəffəqiyyətlə başa vuran Bəşir İmanov yenidən Azərbaycana dönür. Bəşir İmanov calışdığı bütün vəzifələrdə yalnız Vətəninə,millətinə sadiq bir general olduğunu sübut edir. Yüksək peşəkarlıq nümünəsi olan Bəşir İmanov hər zaman diqqət mərkəzində olur. Maraqlıdır ki,Bəşir İmanov general-polkovnik rütbəsi alsada bu rütbəni taxmaq oan nəsib olmur. 1969-cu ildə Bəşir İmanov ürək tutmasından vəfat edir.
Sadə və təvəzükar bir insan olan Bəşir İmanov sovet dövründə general rütbəsinə yüksəlsədə dinə bağlılığını heç zaman unutmayıb. Elə general-polkovnik Bəşir İmanovun nəvəsi Svetlana İmanova da bizimlə söhbətində maraqlı nüanslara toxundu. Svetlana İmanova babasının dinə bağlılığını onun ərəb dilini səlis bilməsi ilə izah edərək qeyd edir ki,babası heç zaman qapıya gələn insanı ümidsiz yola salmazdı. General Bəşir İmanov öz əməlləri ilə qəlblərdə taxt qurmağı bacardı. Bu gün onun haqqında çox yazılmasada onu tanıyanlar,Bəşir İmanovun necə bir vətənpərvər insan olduğunu hər zaman xatırlayırlar.

Qoşqar Salmanlı


photoslide_title photoslide_title photoslide_title photoslide_title







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv