Son xəbərlər
23 OKTYABR
22 OKTYABR
HADİSƏ

Sərxoş sürücü yol polisini öldürdü - QƏZA

<b>Sərxoş sürücü yol polisini öldürdü - QƏZA</b>

Qaradağ rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib

Axar.az-ın məlumatına görə, Saatlı rayon sakini, 1988-ci il təvəllüdlü Xəyal Şakir oğlu Orucov idarə etdiyi 90 KV 265 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobil Qaradağ YPX postunda Ümid qəsəbə sakini Mirzə Təvəkkül oğlu Məmmədovun idarə etdiyi 10 RR 714 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobilə çırpılıb.
İlk toqquşmadan sonra X.Orucovun yüksək sürətlə idarə etdiyi avtomobil biri polis maşını olmaqla, daha üç avtomobilə çırpılıb və YPX postunda xidmətdə olan polis əməkdaşı Polad Mehdiyevi vurub. Nəticədə yol polisi əməkdaşı Polad Mehdiyev və 10 RR 714 nömrə nişanlı “Mersedes”in sürücüsü Mirzə Təvəkkül oğlu Məmmədov dünyasını dəyişib. Sərxoş vəziyyətdə avtomobili idarə edən Xəyal Orucov və onun avtomobilində olan sərnişin Xalid Orucov xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
Faktla əlaqədar Qaradağ Rayon Prokurorluğu cinayət işi başlayıb.





FOTOSLAYD



ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv