Son xəbərlər
22 SENTYABR
20 SENTYABR
QHT XƏBƏR

“Gənclər arasında vətənpərvərlik təbliğatı”

<font color=red><b>“Gənclər arasında vətənpərvərlik təbliğatı”</b></font>

Yevlax rayonu Yuxarı Qarxun kənd orta məktəbində IX-XI sinif şagirdləri arasında vətənpərvərlik mövzusunda inşa müsabiqəsi elan olunub

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclər arasında vətənpərvərlik təbliğatı” layihəsinin icrası davam edir. Təşkilatdan BayMedia-ya verilən məlumata görə, layihə çərçivəsində pilot olaraq seçilmiş Yevlax rayonu Yuxarı Qarxun kənd orta məktəbində IX-XI sinif şagirdləri arasında vətənpərvərlik mövzusunda inşa müsabiqəsi elan olunub.
İnşa müsabiqəsi ilə bağlı noyabrın 2-də Yuxarı Qarxun orta məktəbində IX-XI sinif şagirdlərinə təlim keçirilərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətində fəaliyyəti, həyata keçirilən vətənpərvər siyasətin nəticəsi olaraq yetişən Mübariz İbrahimov və Ramil Səfərov kimi qəhrəmanlarımız barədə geniş məlumat verilib.





FOTOSLAYD



ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv