Son xəbərlər
19 SENTYABR
18 SENTYABR
HADİSƏ

Bakı Tikiş Evi fəaliyyətini müvəqqəti dayandırdı

<b>Bakı Tikiş Evi fəaliyyətini müvəqqəti dayandırdı</b>

Şagirdləri vahid məktəbli geyimi ilə təmin edən Bakı Tikiş Evi bu gün fəaliyyətini müvəqqəti dayandırıb

BTE-nin 850 işçisi istirahətə göndərilib. Səbəb qadın işçilərin 2 ay davam edən gərgin iş rejimindən sonra istirahətini təmin etmək olub. BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimovun AzNews.az-a verdiyi məlumata görə, əməkdaşlar yeni dərs ilinə hazırlıqla bağlı 2 ay gərgin işləyiblər: “Hətta bazar günləri belə əməkdaşlar işləyib. Bundan sonra artıq normal qrafikdə, yəni bazar günü istirahət etməklə işləyəcəklər. 850 əməkdaşımız bazar günü işlədiyinə görə 2 aylıq fasiləsiz iş rejimindən sonra ilk dəfə bu gün onlara istirahət verilib”.
E.Əzimov forma satışında əvvəlki illərlə müqayisədə süstlük olması barədə məlumatlara da münasibət bildirib: “Forma satışındakı süstlük təhsil nazirinin dəyişməsi ilə bağlı yarandı. Valideynlər fikirləşdilər ki, bəlkə yeni nazir forma ilə bağlı qərarı dəyişəcək. Ancaq dəyişiklik olmadı və formaların satışı əsasən yeni tədris ili yaxınlaşdıqca başladı. Anbarda ötən ildən qalan 42 min forma, həm də bu il tikilən formalar satılıb”.





FOTOSLAYD



ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv